Ana Sayfa > Karusel / Gündəm / M2 > Bakıda bu marşrut yenidən açıldı

Bakıda bu marşrut yenidən açıldı


16-06-2016, 14:23. Yazar: Xeberaz
Bakıda bu marşrut yenidən açıldı

Bakıda bir müddət əvvəl fəaliyyəti dayandırılan avtobus marşrutları yenidən xəttə buraxılıb.

ANS-in məlumatına görə, ötən gündən etibarən 18 nömrəli avtobus yenidən əvvəlki marşrutu üzrə hərəkətə başlayıb.

Marşrutun bərpa edilməsini Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova da təsdiqləyib.

Onun sözlərinə görə, hazırda 18 və 96 nömrəli marşrutlar yenidən işləyir. Avtobusların hansı səbəbdən xəttə buraxıldığı haqqında açıqlama verməyən mətbuat katibi adıçəkilən xətlərin sürücülərinə təlimatların verildiyini vurğulayıb.

"Bizə 18 və 96 nömrəli marşrutlardan çoxlu şikayətlər daxil olur. Biz də bununla bağlı sürücülərə xəbərdarlıq etmişik", - Nuridə Allahyarova bildirib.
Geri dön