Ana Sayfa > Karusel / Dünya / M2 > Almaniyada PKK əməliyyatı

Almaniyada PKK əməliyyatı


15-06-2016, 21:44. Yazar: Xeberaz

Almaniyada PKK əməliyyatı
Almaniyanın Köln şəhərində PKK ilə əlaqədə şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirilib.
"Xəbəraz.az " xəbər verir ki, 200-dən artıq polisin qatıldığı əməliyyat zamanı bir nəfər saxlanılıb.

Axtarış zamanı şübhəlinin yaşadığı evdən odlu silah və narkotik maddə aşkar olunub.

Xatırladaq ki, aprelin 10-da PKK üzvləri avtomobilində boz qurd nişanı olduğuna görə adı açıqlanmayan bir vətəndaşa çoxsaylı bədən xəsarəti yetiriblər.

Hadisədən sonra araşdırmaya başlayan alman polisi cinayəti törətmiş 30-dan çox şəxsin kimliyini təsbit edərək Kölndə 16, Düsseldorfda 5, Essendə 4, Vuppertalda 3, Dortmund, Duysburq və Hannoverdə bir adresdə axtarış keçirib.
Geri dön