Ana Sayfa > Karusel / Gündəm / Şou-Biznes / M2 > Minskdə Polad Bülbüloğlunun “Eşq və Ölüm” baleti - Foto

Minskdə Polad Bülbüloğlunun “Eşq və Ölüm” baleti - Foto


15-06-2016, 20:08. Yazar: Xeberaz

Minskdə Polad Bülbüloğlunun “Eşq və Ölüm” baleti - Foto
Belarus Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın xalq artisti Polad Bülbüloğlunun “Kitabi Dədə Qorqud” eposu əsasında yazdığı “Eşq və Ölüm” baletinin yeni quruluşda premyerası baş tutub.

APA-nın məlumatına görə, tamaşanın quruluşçu-dirijoru Əyyub Quliyev (Azərbaycan), quruluşçu-xoreoqrafı Olqa Kostel (Belarus), quruluşçu rəssamı Aleksandr Kostyuçenko (Belarus), geyim üzrə rəssam Yekaterina Bulqakova (Belarus), işıq üzrə rəssamı İrina Vtornikova (Rusiya), elmi məsləhətçisi Ülkər Əliyevadır (Azərbaycan).

Baş rolların ifaçıları Belarusun əməkdar artistləri Yuriy Kovalov (Azər), İrina Yeromkina (Baycan), Natalya Ryabseva və Konstantin Beloxvostik (Eşq cütlüyü), Aleksandra Çijik və Dmitriy Şemet (Ölüm cütlüyü), Belarusun xalq artisti Konstantin Kuznetsov (Qara Məlik), Belarusun əməkdar artisti Anton Kravçenkodur (Oğuz Xan).

Polad Bülbüloğlunun səhnə əsəri Belarus Dövlət Opera Teatrında artıq 3-cü dəfə gerçəkləşən “Balet Yayı” Beynəlxalq Festivalının proqramına daxil edilib və festivalın açılış mərasimində nümayiş olunub. “Balet Yayı” Festivalının bağlanışı da Polad Bülbüloğlunun müəllifi olduğu səhnə əsəri ilə baş tutacaq.

Geri dön