Ana Sayfa > Karusel / Hadisə / M2 > Zaqatalada 84 yaşlı kişi intihar etdi
Zaqatalada 84 yaşlı kişi intihar etdi15-06-2016, 20:06. Yazar: Xeberaz |
Zaqatalada intihar hadisəsi baş verib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 14:00 radələrində Zaqatala rayon Suvagil kənd sakini, 1932-ci il təvəllüdlü Cəlal Əsədullah oğlu Fətəliyevin meyiti yaşadığı evin həyətyanı sahəsində tikilmiş yardımçı tikilidə asılı vəziyyətdə aşkar olunub. Hadisə yerinə cəlb olunmuş hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı araşdırma zamanı Cəlal Fətəliyevin intihar etdiyi məlum olub. İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (intihar həddinə çatdırma) cinayət işi açılıb, araşdırma aparılır. Geri dön |