Ana Sayfa > Karusel / Dünya / M2 > Rusiya Ukraynaya yeni hücum planı hazırlayıb

Rusiya Ukraynaya yeni hücum planı hazırlayıb


15-06-2016, 16:17. Yazar: Xeberaz
Rusiya Ukraynaya yeni hücum planı hazırlayıb


Rusiya hələ də Ukraynanı öz təsir zonasına salmaq planından əl çəkməyib.

"Xəbəraz.az "Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna mətbuatına müsahibəsində hərbi ekspert Nikolay Sunqurovski söyləyib. Onun sözlərinə görə, sentyabrda Rusiyada keçiriləcək parlament seçkisinə rəsmi Moskva Ukraynada kiçik qələbə “hədiyyə” edə bilər:

“Ruslar bizə hazırkı təmas xəttindən hücum etməyəcəklər. Ciddi hücum üçün düşmənin gücü yoxdur. Əsas hücum qüvvəsi Ukrayna-Rusiya sərhədindədir. Rusiya sərhədlərimizdə öz hərbi potensialını artırır. Üstəlik, avqustda baş tutacaq Qafqaz-2016 təlimi də bu qüvvələrin sərhəddə toplaşmasına şərait yaradacaq”.
Geri dön