Ana Sayfa > Karusel / Dünya / M2 > İsraildən NATO-ya kəşfiyyat təklifi

İsraildən NATO-ya kəşfiyyat təklifi


15-06-2016, 16:11. Yazar: Xeberaz
İsraildən NATO-ya kəşfiyyat təklifi

İsrailin Baş naziri Binyamin Netanyahu NATO-ya kəşfiyyat məlumatlarının mübadiləsini təklif edib.

"Xəbəraz.az " xəbər verir ki, NATO-ya üzv ölkələrin İsraildəki səfirlərini qəbul edən baş nazir Orlando terrorunun təkrarlanmaması üçün əməkdaşlığın vacib olduğunu deyib:

“Günahsız insanları hədəfə alan terrora hər zaman cavab vermək lazımdır. Bu hücumu şeytan və şeytani planlara sahib şəxslər reallaşdırdı. Biz mədəni dünyanın insanları olaraq, bunu məğlub etmək üçün bir araya gəlməliyik. Bu kollektiv mübarizədə NATO-ya kömək etməyə, kəşfiyyatımızı və təcrübəmizi bölüşməyə hazırıq”.

Netanyahu İsrail-NATO əməkdaşlığı nəticəsində İŞİD və digər radikal təşkilatların məğlub ediləcəyinə inandığını deyib.
Geri dön