Ana Sayfa > Karusel / Dünya / M2 > Ərdoğan Əsəd və Putinlə yaxınlaşır - Röyter

Ərdoğan Əsəd və Putinlə yaxınlaşır - Röyter


15-06-2016, 15:06. Yazar: Xeberaz

Ərdoğan Əsəd və Putinlə yaxınlaşır - Röyter
AKP-nin Suriya lideri Bəşər Əsədlə bağlı siyasəti dəyişə bilər.
"Xəbəraz.az " xəbər verir ki, bunu partiyanın adı açıqlanmayan nümayəndəsi “Röyter”ə müsahibəsində deyib.

Partiya rəsmisi Suriyanın şimalında YPG dəhlizinin yaranması səbəbindən Ankara ilə Dəməşq arasında müəyyən razılığın əldə olunacağını istisna etməyib.

“Əsəd qatildir. Öz xalqına işgəncə verir. Bu mövzuda siyasətimiz dəyişməyib. Amma Əsəd kürd muxtariyyətini dəstəkləmir. Bir-birimizi xoşlamaya bilərik, amma bu mövzuda fikirlərimiz eynidir”, - partiya rəsmisi qeyd edib.

Agentlik son vaxtlarda Türkiyə ətrafında geosiyasi vəziyyətin dəyişdiyinə işarə edərək Prezident Rəcəb Tayyib Ərdoğnın Əsəd və Putinlə yaxınlaşacağını proqnozlaşdırıb.

Geri dön