Ana Sayfa > Karusel / Dünya / M2 > Rusiya: “NATO Qara dənizdə qalsa...”

Rusiya: “NATO Qara dənizdə qalsa...”


15-06-2016, 14:56. Yazar: Xeberaz

Rusiya: “NATO Qara dənizdə qalsa...”

NATO-nun Qara dənizdə daimi mövcudluğu burada destabilizasiya yaradacaq.

"Xəbəraz.az " xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Andrey Kelin söyləyib. Onun sözlərinə görə, Qara dənizdə əlavə birləşmələrin yaradılması NATO-Rusiya münasibətlərinə pis təsir edəcək.

Qeyd edək ki, NATO son günlər Qara dəniz hövzəsində də mövqelərini gücləndirir. Artıq Alyans Rumıniyada dəniz təlimi həyata keçirib. Üstəlik, NATO özünün şərq sərhədlərini tam gücləndirmək niyyətindədir.

Geri dön