Ana Sayfa > Karusel / Hadisə / M2 > Nazirlik 2 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı

Nazirlik 2 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı


15-06-2016, 12:58. Yazar: Xeberaz
Nazirlik 2 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Ağstafada 2 nəfərin ölümünə səbəb olan yol qəzası ilə bağlı məlumat yayıb. "Xəbəraz.az " nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 14-də saat 23 radələrində Ağstafa şəhərində rayon sakini Səxavət Osmanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarı ilə gedən Biləsuvar rayon sakini Elnur Dövlətovu və Goranboy rayon sakini Cəlal Abbasovu vurub. Nəticədə hər iki şəxs hadisə yerinə ölüb.

Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.
Geri dön