Ana Sayfa > Karusel / Hadisə / M2 > Avtomobil yol kənarındakı ağaca çırpıldı: 1 ölü, 1 yaralı

Avtomobil yol kənarındakı ağaca çırpıldı: 1 ölü, 1 yaralı


15-06-2016, 12:55. Yazar: Xeberaz

Avtomobil yol kənarındakı ağaca çırpıldı: 1 ölü, 1 yaralı

Goranboy rayonunda ağır yol qəzası baş verib. "Xəbəraz.az "Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 15-də saat 01 radələrində Goranboy rayonunun Xanqərvənd kəndində Gəncə şəhər sakini Ziyad Abdullayev idarə etdiyi “Lifan” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.

Goranboy RPŞ tərəfindən araşdırma aparılır.
Geri dön