Ana Sayfa > Karusel / Hadisə / M2 > 5 min manatlıq qızıl oğurlamış qadın tutuldu

5 min manatlıq qızıl oğurlamış qadın tutuldu


15-06-2016, 12:52. Yazar: Xeberaz
5 min manatlıq qızıl oğurlamış qadın tutuldu
Xırdalan şəhərində evdən xeyli qızıl oğurlamış qadın tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 13-də Xırdalan şəhərində yaşayan Cəmilə Bayramovanın evindən 5000 manat dəyərində qızıl əşyalar oğurlamış Sumqayıt şəhər sakini Aidə Ələsgərova tutulub.

Araşdırma aparılır.
Geri dön