Ana Sayfa > Karusel / Hadisə / M2 > Polis əməkdaşı qəzaya düşdü

Polis əməkdaşı qəzaya düşdü


15-06-2016, 12:25. Yazar: Xeberaz
Polis əməkdaşı qəzaya düşdü


Polis əməkdaşı Bakıda qəza törədib.

APA-nın məlumatına görə, hadisə Nizami rayonu, Babək prospekti 75 ünvanında qeydə alınıb. Polis serjantı, 1993-cü il təvəllüdlü Rahib Rövşən oğlu Əfəndiyevin idarə etdiyi “Hyunday İX-35” markalı xidməti avtomobil Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Həmid Musa oğlu Musayevin idarə etdiyi “Mersedes” markalı maşınla toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Geri dön