Ana Sayfa > Karusel / Hadisə / M2 > Son zəng qanla bitdi: 2 nəfər bıçaqlandı

Son zəng qanla bitdi: 2 nəfər bıçaqlandı


15-06-2016, 12:12. Yazar: Xeberaz

Son zəng qanla bitdi: 2 nəfər bıçaqlandı
Gədəbəydə Son zəng tədbirində qanlı insident baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Çaldaş kəndində qeydə alınıb. Məktəbdən kənarda keçirilən Son zəng şənliyində baş verən kütləvi davada 1996-cı il təvəllüdlü Yaşar Nəbiyev və onun əmisi oğlu 2001-ci il təvəllüdlü Röyal Nəbiyev bıçaqlanıb. Y.Nəbiyev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, R.Nəbiyev isə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Cinayəti törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Ramin Tağıyev və başqa bir nəfər saxlanılıb.

Faktlıa bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.
Geri dön