Ana Sayfa > Karusel / Dünya / M2 > Türkiyədən PKK rəhbərliyi ilə bağlı əmr - İlk dəfə

Türkiyədən PKK rəhbərliyi ilə bağlı əmr - İlk dəfə


15-06-2016, 12:08. Yazar: Xeberaz

Türkiyədən PKK rəhbərliyi ilə bağlı əmr - İlk dəfə
Türkiyə rəhbərliyi ilk dəfə hüquq mühafizə orqanlarına PKK-nın idarə heyətinin tutulması barədə rəsmi əmr verib.

"Xəbəraz.az " xəbər verir ki, "Türkiyə" qəzetinin yazarı Batıxan Yaşar PKK rəhbərliyinin hər an ələ keçirilə biləcəyini vurğulayıb.

O öz köşəsində PKK-nın yüksək vəzifəli komandirlərindən birinin yaralandığını yazıb:

"Kəşfiyyat məlumatlarına görə, PKK 6 il ərzində Türkiyənin şəhərlərini xaosa çevirib, ölkədə vətəndaş müharibəsi yaratmaq istəyirdi. Lakin bunu bacarmadılar. Türkiyə 1984-cü ildən bu yana ilk dəfə PKK rəhbərliyinin tutulması üçün yazılı əmr verdi. Bu əmr 2015-ci ilin sentyabrında imzalanıb. Əlbəttə ki, bu əmrdən öncə də Türkiyənin çox cəhdləri olub. PKK-nın yüksək vəzifəli komandiri "Bahoz Ərdal" kod adı ilə tanınan Fəhman Hüseynə qarşı iki dəfə əməliyyat təşkil edildi. Lakin o, yaralı da olsa, qaçmağı bacardı. Hazırda Murad Qarailan, Cəmil Bayıq və Duran Qalxan hər an tutula bilər".
Geri dön