Ana Sayfa > Karusel / Dünya / M2 > PKK-dan növbəti xain hücum: 6 yaralı

PKK-dan növbəti xain hücum: 6 yaralı


14-06-2016, 20:38. Yazar: Xeberaz
PKK-dan növbəti xain hücum: 6 yaralı

Türkiyənin Van vilayətinin Gevşa mahalında zirehli polis avtomobilinin keçidi zamanı partlayış baş verib.

"Xəbəraz.az " xəbər verir ki, partlayışa səbəb PKK terrorçularının magistral yola quraşdırdığı bombanın işə düşməsi olub.

Məlumata görə, hadisə nəticəsində 6 polis yaralanıb.

Onların xəstəxanaya yerləşdirildiyi bildirilib.

Terrorçuların yaxalanması istiqamətində bölgədə əməliyyatlara başlanılıb.
Geri dön