Ana Sayfa > Karusel / Dünya / M2 > Prezidentlər iyunun 20-də görüşəcək - Uşakov

Prezidentlər iyunun 20-də görüşəcək - Uşakov


14-06-2016, 20:09. Yazar: Xeberaz

Prezidentlər iyunun 20-də görüşəcək - Uşakov

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Vladimir Putin və Serj Sərkisyanın üçtərəfli görüşü iyunun 20-də Sankt-Peterburqda olacaq.

Report xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Rusiyanın dövlət başçısı Vladimir Putin əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan rəhbəri Serj Sərkisyanla ayrı-ayrılıqda görüşəcək: "Daha sonra isə Dağlıq Qarabağla bağlı üçtərəfli görüş olacaq".

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan KİV-ləri üçtərfli görüşün iyunun 26-da keçiriləcəyi haqqında xəbər yaymışdı.
Geri dön