Ana Sayfa > Karusel / Gündəm / M2 > Nazirlik bu gündən təlimlərə başladı

Nazirlik bu gündən təlimlərə başladı


14-06-2016, 18:17. Yazar: Xeberaz

Nazirlik bu gündən təlimlərə başladı

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri üçün təlimlərə start verilib.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, təlim kurslarının təşkil olunmasında məqsəd dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin ixtisas səviyyəsinin və nəzəri biliklərinin artırılmasıdır.

“Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda bu gün ilk təlim kursu keçirilib. Təlimdə 40-a yaxın mərkəzi icra hakimiyyəti orqanının nümayəndəsi iştirak edib.

Qeyd edək ki, bu istiqamətdə təlimlər davam etdiriləcək.
Geri dön