Ana Sayfa > Karusel / Dünya / M2 > Avropa əhalisi Rusiya ilə barışıq istəyir

Avropa əhalisi Rusiya ilə barışıq istəyir


14-06-2016, 18:15. Yazar: Xeberaz

Avropa əhalisi Rusiya ilə barışıq istəyir

Avropanın 10 ölkəsinin vətəndaşları Avropa Birliyinin Rusiyaya qarşı apardığı siyasəti dəstəkləmir.

"Xəbəraz.az " xəbər verir ki, bu nəticə PRC təşkilatının apardığı sorğudan sonra ortaya çıxıb. Sorğu Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya, Polşa, Niderland, Macarıstan, Yunanıstan, Fransa və İsveçdə aparılıb.

Respondentlərin 48%-i Rusiya ilə münasibətləri dəstəklədiyini, 43% isə bunun əleyhdarı olduğunu bildirib.

Xüsusilə, Yunanıstan əhalisi Rusiya ilə münasibətlərin düzəlməsinin tərəfdarı olduğunu söyləyib. Yunanların 89%-i Rusiya-Avropa Birliyi münasibətlərinin düzəlməsinin lehinə səs verib. Bu göstərici Macarıstanda 67%, Almaniyada 58%, İtaliyada 54% olub. İsveçlilər isə əksinə, Rusiyaya qarşı sərt siyasətin tərəfdarı olduqlarını bəyan ediblər. Sorğu iştirakçılarının 71%-i bu fikri dəstəkləyib.
Geri dön