Ana Sayfa > Karusel / Dünya / M2 > NATO-nun Türkiyə ilə bağlı xüsusi planı

NATO-nun Türkiyə ilə bağlı xüsusi planı


14-06-2016, 17:52. Yazar: Xeberaz

NATO-nun Türkiyə ilə bağlı xüsusi planı
NATO-nun Baş katibi Yens Stoltenberq Alyansın Türkiyə ilə bağlı xüsusi planları olduğunu açıqlayıb.

"Xəbəraz.az "xəbər verir ki, NATO Müdafiə nazirləri toplantısı ilə bağlı jurnalistlərin suallarını cavablandıran baş katib Türkiyənin müdafiəsi üçün hər şey edəcəklərini deyib:

“Türkiyə üçün fərqli təhlükəsizlik tədbirləri görürük. “Avaks”ların müşahidə uçuşları, İspaniya patriot batareyaları, Aralıq dənizinin şərqində NATO gəmiləri və İtaliya hava hücumundan müdafiə sistemləri bu tədbirlərin bir hissəsidir. Bu, NATO-nun Türkiyəyə olan həmrəyliyini göstərir”.

NATO Varşava Zirvəsinə bir neçə həftə qaldığını xatırladan Stoltenberq əsas təhlükənin şərqdən və cənubdan gəldiyini deyib:

“Ölkələrimiz şərqdən və cənubdan misli-bərabəri görünməmiş təhlükəsizlik problemləri yaşayır. Varşava Zirvəsində hər istiqamətdən təhdidə qarşı tədbirlər barədə qərarlar veriləcək. Ayrıca, kiçik qruplardan ibarət briqadalar Latviya, Litva, Estoniya və Polşaya göndəriləcək”.
Geri dön