Ana Sayfa > Karusel / Hadisə / M2 > Gömrükdə 50 min siqaret tutuldu

Gömrükdə 50 min siqaret tutuldu


14-06-2016, 17:13. Yazar: Xeberaz

Gömrükdə 50 min siqaret tutuldu

Tovuz və Xaçmaz gömrük idarələrinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, Qazax rayon sakinlərinə məxsus 3 ədəd avtomobilə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobillərdən üzərində aksiz markası olmayan, ümumilikdə 14 800 ədəd, “Sadıxlı” gömrük postunda isə Gürcüstan Respublikasından Azərbaycana gələn avtomobildən 14 000 ədəd siqaret aşkar olunaraq götürülüb.

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları isə idarəyə daxil olan əməliyyat məlumatı əsasında “Samur” gömrük postunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçiriblər. Yoxlama zamanı avtomobilin təkərlərinin içindən gömrük nəzarətindən gizlədilmiş 20 400 ədəd siqaret aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı araşdırma aparılır.
Geri dön