Ana Sayfa > Karusel / Dünya / M2 > Məşhur milyarderlə nahar 3.5 milyon dollara başa gəldi

Məşhur milyarderlə nahar 3.5 milyon dollara başa gəldi


14-06-2016, 16:10. Yazar: Xeberaz

Məşhur milyarderlə nahar 3.5 milyon dollara başa gəldi
Dünya şöhrətli milyarder Uorren Baffetlə nahar hərracda 3.5 milyon dollara satılıb. Milyarderlə nahar etmək üçün milyonlar sərf edən şəxsin adı isə mətbuata açılanmayıb.

ANS-in məlumatına görə, 3.5 milyon dollara satın alınan milyarderlə nahar Nyu-Yorkun "Smith & Wollensky" restoranında baş tutacaq.

Hərrac San-Fransiskoda bir həftə boyunca keçirilib. Həftənin sonuncu günü 2.8 dollarla başladılan satış 3.5 milyon dollara qədər qalxıb.

İlk bu cür birgə nahar isə 2000-ci ildə satılıb və milyarderlə nahar şansı 25 min dollara alınıb.

Daha əvvəl amerikalı investor-milyarder Uorren Baffetlə birlikdə nahar eləmək hüququ 2014-cü ildə “eBay” internet-hərracında $ 2,17 milyon dollara satılıb.

Qalib “EMES” şirkətindən olan Sinqapur vətəndaşı Endi Çua olub.

2013-cü ildə Baffetlə nahar 1 milyon dollara başa gəlmişdi. Rekord qiymət isə 2012-ci ildə qeydə alınıb - 3 456 789 dollar.

Uorren Baffet “Forbes”un milyarderlər reytinqində üçüncü yeri tutur. O, planetin ən nüfuzlu şəxsləri sırasındadır. Onun var-dövləti 72.2 milyard dollar qiymətləndirilib.
Geri dön