Ana Sayfa > Karusel / Gündəm / M2 > Deputatdan Dağlıq Qarabağla bağlı çağırış

Deputatdan Dağlıq Qarabağla bağlı çağırış


14-06-2016, 15:43. Yazar: Xeberaz
Deputatdan Dağlıq Qarabağla bağlı çağırış

Qənirə Paşayeva Milli Məclisi qondarma erməni soyqırımı yalanları ilə bağlı qərar qəbul edən Almaniya Bundestaqına etiraz müraciəti göndərməyə çağırıb.

"Xəbəraz.az " xəbər verir ki, millət vəkili bu gün Milli Məclisin iclasında çıxışı zamanı iyunun 2-də Almaniya Parlamentində qondarma erməni soyqırımı yalanları ilə bağlı qəbul edilən qərara etirazını bildirib.

Deputat Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupu tərəfindən Almaniya Bundestaqına, Almaniya parlamentində fəaliyyət göstərən Almaniya-Azərbaycan parlamentlərarası dostluq qrupuna etiraz müraciətinin göndərilməsini təklif edib və bu istiqamətdə həmkarı Fəzail Ağamalının çıxışını dəstəkləyib.

Q.Paşayeva deyib ki, bu addım Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində ATƏT-in Minsk Qrupunun üzvü olan Almaniyanın neytral, obyektiv mövqe sərgiləyəcəyinə böyük zərbədir.
Geri dön