Ana Sayfa > Karusel / Hadisə / M2 > Hamilə qadın məhkəmə zalından azadlığa buraxıldı

Hamilə qadın məhkəmə zalından azadlığa buraxıldı


14-06-2016, 15:38. Yazar: Xeberaz


Hamilə qadın məhkəmə zalından azadlığa buraxıldı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Fəva Zeynalovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Fəva Zeynalova 9 min manat məbləğində qızıl oğurlamaqda ittiham edilərək məhkəmə axtarışına verilib. Bu ilin may ayının 17-də saxlanılıb.

F.Zeynalovanın hamilə olması və təxminən 1 ay həbsdə qalması nəzərə alınıb.

Cinayət Məcəlləsinə son edilən dəyişiklərlə külli miqdarda sayılan oğurluq məbləği 10 min manat nəzərdə tutulduğu üçün F.Zeynalovanın əməli az ağır cinayət hesab olunub.

Məhkəmənin qərarı ilə Fəva Məmmədova 2500 manat cərimə olunub və məhkəmə zalından azadlığa buraxılıb. F.Zeynalova Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirləndirilir.
Geri dön