Ana Sayfa > Karusel / Dünya / M2 > Qərb iyunun 21-də Kremlin taleyini həll edir

Qərb iyunun 21-də Kremlin taleyini həll edir


14-06-2016, 12:27. Yazar: Xeberaz
Qərb iyunun 21-də Kremlin taleyini həll edir
Avropa Birliyi iyunun 21-də Rusiyaya qarşı sanksiyaların uzadılması ilə bağlı qərar qəbul edəcək.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə informasiyanı “Frans Press” agentliyi yayıb. AB-nin qərarı iyunun 24-də ittifaqa üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə təsdiqlənəcək.

Qeyd edək ki, AB Rusiyaya qarşı sanksiyaları 2014-cü ilin iyulundan tətbiq edir. Bu qərar Moskvanın Ukraynadakı fəaliyyətinə görə qəbul edilib.
Geri dön