Ana Sayfa > Karusel / Dünya / M2 > Polis ABŞ-ın Rusiyadakı konsulunu saxladı

Polis ABŞ-ın Rusiyadakı konsulunu saxladı


14-06-2016, 12:25. Yazar: Xeberaz

Polis ABŞ-ın Rusiyadakı konsulunu saxladı
ABŞ-ın Vladivostokdakı konsulu Meri Qann Kamçatkada polis tərəfindən saxlanılıb.

"Xəbəraz.az " xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Viktor Rumyantsev söyləyib. Onun sözlərinə görə, Meri Qann atla gəzintiyə çıxan zaman saxlanılıb:

“Qann Yelizovsk rayonunun Razdolnı qəsəbəsinə girmək istəyərkən polis tərəfindən saxlanılıb. Lakin o, sənədlərini təqdim etdikdən sonra azad edilib. Razdolnı qəsəbəsinin xaricilər tərəfindən ziyarət edilməsi xüsusi qaydalarla tənzimələnir. Bu əraziyə düşmək üçün Rusiya Federal Təhlükəsizlik Xidmətindən icazə almalısan”.
Geri dön