Ana Sayfa > Karusel / Dünya / M2 > Ermənistanda 3 yüksək rütbəli məmur saxlanıldı

Ermənistanda 3 yüksək rütbəli məmur saxlanıldı


13-06-2016, 21:44. Yazar: Xeberaz

Ermənistanda 3 yüksək rütbəli məmur saxlanıldı
Ermənistan Səhiyyə Nazirliyinin 3 yüksək rütbəli məmuru saxlanılıb.

APA-nın məlumatına görə, bu barədə Ermənistan İstintaq Komitəsinin məlumatında deyilir.

Səhiyyə üzrə Dövlət agentliyinin rəisi Saro Tsaturyan, agentliyin İrəvan şəhər mərkəzinin rəisi Arsen Sedrakyan və sabiq tibb xidmətləri üzrə rəis Samvel Xarazyan xidməti vəzifələrindən sui-istifadə etməkdə şübhəli bilinirlər.

Məlumata gərə, saxlanılanlar saxta sanatoriya putyovkalarının hazırlanması və satışı ilə məşğul olublar.

Geri dön