Ana Sayfa > Karusel / İdman / M2 > UEFA Türkiyə və Xorvatiyaya qarşı intizam işi açdı

UEFA Türkiyə və Xorvatiyaya qarşı intizam işi açdı


13-06-2016, 20:51. Yazar: Xeberaz
UEFA Türkiyə və Xorvatiyaya qarşı intizam işi açdı
UEFA Türkiyə və Xorvatiya futbol federasiyalarına qarşı intizam işi açıb.

Report-un məlumatına görə, Avropa futbol qurumu iki ölkənin yığma komandaları arasında iyunun 12-də keçirilmiş qarşılaşmada yaşananlara hüquqi qiymət verəcək.

Türkiyə tərəfi yığma azarkeşlərinin tribunada fişəng yandırmaları və meydana kənar əşyalar atmaları səbəbindən ittiham olunur. Xorvatiyanı isə fanatlarının fişəng yandırmaları və oyun zamanı meydana azarkeşin girməsi ilə əlaqədar cəza gözləyir.

Məsələyə iyulun 21-də baxılacaq.

Qeyd edək ki, oyun Xorvatiya yığmasının qələbəsi ilə yekunlaşıb - 1:0.
Geri dön