Ana Sayfa > Karusel / Dünya / M2 > Klinton: “Heç vaxt islama savaş elan etməyəcəyəm”

Klinton: “Heç vaxt islama savaş elan etməyəcəyəm”


13-06-2016, 18:04. Yazar: Xeberaz
Klinton: “Heç vaxt islama savaş elan etməyəcəyəm”

Mən heç vaxt bir dinə qarşı savaş elan etməyəcəm.

"Xəbəraz.az " xəbər verir ki, bunu CNN televiziyasına açıqlamasında ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd olan Hillari Klinton söyləyib. Onun sözlərinə görə, müəyyən düşmən terrorçular var ki, onlar islamı öz mənfəətləri üçün istifadə edirlər:

“Mən heç vaxt bütöv bir dinə müharibə elan etməyəcəyəm. Ona görə ki, bu, İŞİD-in əlinə su tökmək demək olacaq. Biz gərək öz ölkəmizi yalnız qurdların əlindən qoruyaq və öz müttəfiqlərimizlə çalışaraq radikalizmi qidalandıran qlobal şəbəkəni məhv edək”.

Qeyd edək ki, bundan öncə Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Tramp Orlandodakı gey-klubunda törədilən terakta görə ABŞ-ın müsəlman icmasından hesabat tələb edib. O, Obamanı müsəlmanları terrorçu adlandırmamaqda günahlandırıb.
Geri dön