Ana Sayfa > Karusel / İdman / M2 > Premyer Liqada 8 komanda qaldı – Rəsmi

Premyer Liqada 8 komanda qaldı – Rəsmi


13-06-2016, 16:31. Yazar: Xeberaz
Premyer Liqada 8 komanda qaldı – Rəsmi

Bu gün AFFA-nın inzibati binasında qurumun İcraiyyə Komitəsinin iclası keçirilib.

"Xəbəraz.az " xəbər verir ki, iclasda Topaz Premyer Liqanın 2016/17 mövsümü ilə bağlı qərar verilib.

İcraiyyə Komitəsində bildirilib ki, yeni çempionat üçün 8 klubdan başqa lizenziya tələblərini yerinə yetirən olmayıb.

Bu səbəbdən növbəti mövsüm Topaz Premyer Liqa 8 komandanın iştirakı ilə 4 dövrədə keçiriləcək.

AFFA prezidenti Rövnəq Abdullayev məlumatı təsdiqləyib. O bildirib ki, yeni mövsümdən çempionatda "Qarabağ", "Zirə", "Qəbələ", "İnter", "Kəpəz", "Neftçi", AZAL və "Sumqayıt" oynayacaq.
Geri dön