Ana Sayfa > Karusel / Dünya / M2 > Xəyanətkar türk siyasətçi Ərdoğanı tənqid etdi

Xəyanətkar türk siyasətçi Ərdoğanı tənqid etdi


13-06-2016, 15:56. Yazar: Xeberaz

Xəyanətkar türk siyasətçi Ərdoğanı tənqid etdi
Almaniya Bundestaqında qəbul edilən qondarma erməni soyqırımı qətnamə layihəsinin müəllifi, Yaşıllar Partiyasının həmsədri Cem Özdəmir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid edib.
"Xəbəraz.az " xəbər verir ki, “Frankfurt Zeytunq” qəzetinə müsahibə verən türk əsilli siyasətçi Türkiyə ilə danışıqları qəbuledilməz adlandırıb:

“Avropada yalnız uzun müddətdən sonra demokratik bir Türkiyəyə ehtiyac ola bilər. Hakim partiyaların Türkiyə ilə danışıqları bağlı qapılar arxasında aparması isə qəbuledilməzdir”.

AB ilə Türkiyə arasında əldə olunan razılaşmanı tənqid edən Özdəmir avropalı liderlərin Ərdoğanla yaxınlaşmasının uzunömürlü olmayacağını deyib.

Xatırladaq ki, 1 noyabr seçkilərindən əvvəl HDP-nin Almaniyadakı yığıncaqlarına qatılan Özdəmir PKK bayrağı altında çıxış etmişdi.
Geri dön