Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Azərbaycanın sərhəd rayonları nəzarətə götürüldü

Azərbaycanın sərhəd rayonları nəzarətə götürüldü


13-06-2016, 12:48. Yazar: Xeberaz
Azərbaycanın sərhəd rayonları nəzarətə götürüldü

Buna səbəb heyvanlar arasında yayılan xəstəlikdir.

Qonşu ölkələrdə yayılan dabaq xəstəliyi səbəbindən Azərbaycanın bütün sərhəd rayonları baytarlıq nəzarətinə götürülüb. Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli ANS PRESS-ə bildirib ki, ki, dabaq xəstəliyinə görə vaksinasiya tədbirlərinə başlanıb.

ANS PRESS-in məlumatına görə, Lerikdə iri və xırda buynuzlu heyvanların kütləvi vaksinasiyasına başlanılıb. Buna səbəb isə İran İslam Resbublikasında heyvanlar arasında yayılan dabaq xəstəliyinin ölkə ərazisinə keçməsinin qarşısını almaqdır. İranla həmsərəhədd ərazidə yerləşən Lerikdə heyvanlar arasında xəstəliyin yayılma riski yüksək olduğundan iri və xırdabuynuzlu heyvanların kütləvi vaksinasıyasına başlanılıb. İlk olaraq vaksinasiya İranla 2 km-lik sərhəddə yerləşən Amburdərə kəndində aparılıb.

Kəlvəz sərhəd baytarlıq idarəsinin 4 nəfərdən ibrarət olan baytar həkim briqadası artıq sərhəddə yerləşən 20 kəndi nəzarətə götürdüyünü, bu günə kimi xəstəliyin aşkarlanmadığını deyirlər.

Lerik rayon baytarlıq idarəsinin rəisi Gülmirzə Tağıyevin sözlərinə görə, xəstəlik virus xəstəliyi olduğuna görə çox geniş yayılır. Əsasən 3 formada təzahür edir.

Rayon ərazisində vaksinasiya işləri 39.500 iribuynuzlu və 131 min xırdabuynuzlu heyvanı əhatə edəcək.
Geri dön