Ana Sayfa > Karusel / Gündəm / M2 > Qarabağda xidmətdən imtina edir – Məhkəmə

Qarabağda xidmətdən imtina edir – Məhkəmə


13-06-2016, 12:47. Yazar: Xeberaz

Qarabağda xidmətdən imtina edir – Məhkəmə

Ermənistan vətəndaşı olan 6 əsgər qondarma Dağlıq Qarabağın müdafiə ordusunun hərbi hissə və batalyon komandirlərinin əmrlərinə tabe olmaqdan imtina ediblər.

"Xəbəraz.az " xəbər verir ki, bu məlumatı Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi əldə edib.

Məlumatda vurğulanır ki, Ermənistan vətəndaşları Qarabağdakı hərbi hissələrdə xidmətdən imtina edirlər:

“Bu günlərdə Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsində hərbi hissə və batalyon komandirlərinin əmrlərinə tabe olmaqdan imtina edən bir neçə hərbi qulluqçunun cinayət işinə baxılıb. Araşdırmalar zamanı məlum olub ki, cari ilin martında qondarma Dağlıq Qarabağın müdafiə ordusu sıralarında həqiqi hərbi xidmət keçən Vartan Balyan, Sevak Ayrapetyan, Mxitar Akopyan, Kamo Kazaryan, Vitali və Andranik Bəyləryan Ermənistan vətəndaşı olmalarını əsas gətirərək Qarabağda hərbi xidmətdən boyun qaçırıblar. Bu səbəbələ də əsgələrə ittiham irəli sürülüb və barələrində cinayət məcəlləsinin 356-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət işi açılıb”.

Qeyd edək ki, məlumat Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsi tərəfindən yayımlanıb.

Geri dön