Ana Sayfa > Karusel / Hadisə / M2 > İcra başçısının nümayəndəsinə hökm oxundu

İcra başçısının nümayəndəsinə hökm oxundu


13-06-2016, 12:45. Yazar: Xeberaz
İcra başçısının nümayəndəsinə hökm oxundu

Füzuli Rayon İcra Hakimiyyəti (RİH) başçısının Füzuli şəhəri inzibati dairəsi üzrə nümayəndəsi Şakir Hacıyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, Ş. Hacıyev məhkəmənin qərarı ilə 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ş. Hacıyev bu il yanvarın 15-də saxlanılıb. Baş Prokurorluğun yaydığı məlumata görə, onun mənzilində silah tapılıb. Ş. Hacıyev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə təqsirləndirilir.

Səbail rayon Məhkəməsinin qərarı ilə Ş, Hacıyevin barəsində həbs-qətimkan tədbiri seçilib.

Geri dön