Ana Sayfa > Karusel / Gündəm / M2 > Azərbaycanlı milyarderin edam qərarı dəyişə bilər

Azərbaycanlı milyarderin edam qərarı dəyişə bilər


13-06-2016, 12:43. Yazar: Xeberaz

Azərbaycanlı milyarderin edam qərarı dəyişə bilər
Babək Zəncani 2,8 milyard dollar ödərsə, azadlığa çıxa bilər.

"Xəbəraz.az " xəbər verir ki, bunu İran Məhkəməsinin Mətbuat katibi Gulam Hüseyn Muhsini Ejei söyləyib. Onun sözlərinə görə, bu pulun ödənməyəcəyi təqdirdə Zəncani həbsdə qalacaq.

Qeyd edək ki, martın 7-də İran məhkəməsi milyarder Babək Zəncaniyə edam hökmü çıxarıb. Zəncani İranın neft pullarının mənimsənilməsində və çirkli pulların yuyulmasında günahlandırılır. Hazırda Zəncaninin 14 milyard dollar sərvəti var. Güney Azərbaycandan olan məşhur milyarder Rza Zərrab onun Türkiyədəki əsas ortağı hesab edilir.

Maraqlı məqam ondan ibarətdir ki, bir müddət öncə rəsmi Tehran Zəncaninin edam qərarının dəyişdirilə biləcəyini söyləyib. Bunun üçün Zəncanidən ölkəyə olan 2,8 milyard dollarlıq borcunun geri qaytarılması tələb olunur.
Geri dön