Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Beynəlxalq Sığorta bütün filiallarını bağladı

Beynəlxalq Sığorta bütün filiallarını bağladı


13-06-2016, 12:25. Yazar: Xeberaz
Beynəlxalq Sığorta bütün filiallarını bağladı
Beynəlxalq Sığorta Şirkəti ASC Gəncə, Sumqayıt və Şəki şəhərlərindəki filiallarının fəaliyyətini dayandırıb.

Bu barədə Report-a Şirkətdən məlumat verilib.

Məlumata görə, filialların bağlanması xərclərin optimallaşdırılması istiqamətində aparılan tədbirlər çərçivəsində baş tutub. Bununla da şirkətin filialı qalmayıb.

Hazırda Beynəlxalq Sığorta Şirkətində sığorta məhsullarının satışı yalnız baş ofisdə - Bakı şəhərinin Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi,56 ünvanında həyata keçirilir. Şirkət sığorta hadisələri ilə bağlı müraciətləri isə həm baş ofisində, həm də paytaxtın Yasamal rayonunun Nəcəfqulu Rəfiyev küçəsi,17/26 ünvanındakı Xətai ofisində qəbul edir.

Xatırladaq ki, Beynəlxalq Sığorta Şirkəti 2002-ci ildə yaradılıb. Şirkətin 100% səhmdarı Azərbaycan Beynəlxalq Bankıdır.
Geri dön