Ana Sayfa > Karusel / Şou-Biznes / M2 / Xəbəraz TV > Emin bu mahnı ilə qalib oldu - Video

Emin bu mahnı ilə qalib oldu - Video


12-06-2016, 15:09. Yazar: Xeberaz
Emin bu mahnı ilə qalib oldu - Video

Ötən gecə məşhur və çox gözlənilən tədbir baş tutub. Rusiyanın MUZ TV telekanalında estrada mahnılarının mükafatlandırma mərasimi keçirilib. Azərbaycanlı ifaçı Emin Ağalarov müsabiqə nominantları arasında olub.

ANS-in verdiyi məlumata görə, müğənniyə "Ən yaxşı əcnəbi mahnı" nominasiyasında mükafat təqdim olunub. Eminin ifa etdiyi "Bumeranq" ("Boomerang") mahnısı qalib olub.

Emin "Bumeranq" sinqlını amerikalı musiqiçi Nayl Rocers ilə ifa edib. Ötən ilin payızında klipi hazır olan mahnı Yutubda 5 milyon dəfədən çox izlənib. Mahnı uzun müddət ABŞ və İngiltərə musiqi çartlarında ən yaxşı onluqda qala bilib.

Yarışın mükafatçıları arasında Rusiyanın məşhur simaları - reper Timati, "Serebro" qrupu və başqa ifaçılar olub.

Tanınmış müğənnii və iş adamı Emin Ağalarov bir neçə gün öncə Bakıda çəkdiyi yeni klipini təqdim edib. Bəstəkar və ifaçı paytaxtın rəmzi yerlərindən biri hesab olunan İçərişəhərdə və Xəzər dənizinin sahilində "Yanında oyanmaq" ("Ryadom orosnutsya”) adlı mahnısına klip çəkib.

Geri dön