Ana Sayfa > Karusel / Dünya / M2 > Aktobedə əməliyyatlar bitdi

Aktobedə əməliyyatlar bitdi


12-06-2016, 14:52. Yazar: Xeberaz
Aktobedə əməliyyatlar bitdi
Qazaxıstanın Aktobe şəhərində anti-terror əməliyyatları rejimi ləğv edilib.

"Xəbəraz.az " xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini Nurqali Bilisbekov söyləyib. Onun sözlərinə görə, indiyə qədər Aktobedə 18 terrorçu zərərsizləşdirilib, 9 nəfər isə həbs edilib.

Qeyd edək ki, Aktobedə anti-terror əməliyyatları rejimi 5 iyundan etibarən tətbiq edilib. Buna səbəb isə iyunun 5-də bir qrup naməlum şəxsin Aktobedə ticarət obyektləri və hərbi hissəyə hücum etməsidir.

Geri dön