Ana Sayfa > Karusel / Dünya / M2 > Argentina: “Müsəlman qaçqınları qəbul etməyə hazırıq”

Argentina: “Müsəlman qaçqınları qəbul etməyə hazırıq”


12-06-2016, 12:33. Yazar: Xeberaz

Argentina: “Müsəlman qaçqınları qəbul etməyə hazırıq”
Yaxın Şərqdən olan 3 min qaçqını qəbul etməyə hazırıq.

"Xəbəraz.az " xəbər verir ki, bunu Argentina Nazirlər Kabinetinin rəhbəri Markos Penya ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Süzan Raysla görüşü zamanı söyləyib.

O, tezliklə Argentinanın ABŞ-la birgə bu məsələdə texniki detalların hazırlığını başa çatdıracağını bildirib.

Qeyd edək ki, Cənubi Amerika ölkələri içərisində indiyə qədər Braziliya, Uruqvay, Çili, Paraqvay və Venesuela Yaxın Şərq qaçqınlarını qəbul etməyə hazır olduqlarını bəyan ediblər.
Geri dön