Ana Sayfa > Karusel / İdman / M2 > Avro-2016: Albaniya məğlubiyyətlə başladı

Avro-2016: Albaniya məğlubiyyətlə başladı


11-06-2016, 21:06. Yazar: Xeberaz

Avro-2016: Albaniya məğlubiyyətlə başladı
Bu gün futbol üzrə Avropa çempionatının ikinci oyun günündə Albaniya və İsveçrə komandaları qarşılaşıblar.
"Xəbəraz.az " xəbər verir ki, 5-ci dəqiqədə Fabian Şyor albanların qapısına yol tapıb.

Oyunun sonuna kimi hesab dəyişməyib. Albaniya yığması 0:1 hesabı məğlubiyyətə uğrayıb.

Qeyd edək ki, Albaniya millisinin əsas heyətində Azərbaycanın "Qarabağ" klubunun futbolçusu Ansi Aqolli də yer alır.
Geri dön