Ana Sayfa > Karusel / M2 / Qarabağdan xəbər var > Cəbhədə 4 mina tapıldı

Cəbhədə 4 mina tapıldı


11-06-2016, 21:04. Yazar: Xeberaz

Cəbhədə 4 mina tapıldı
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) 11 iyun tarixində 4 ədəd partlamamış hərbi sursat aşkar edib.

Bu barədə Axar.az-agentlikdən bildirilib.

Tərtər rayonu

Cəmilli kəndi - 1 əkin sahəsində 5 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 7 500 kv. m ərazi yoxlanılıb.

Şıxarx kəndi - 1 ev və həyətyanı sahə, 1 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik OF-56 top mərmisi) aşkar edilərək götürülüb, 14 000 kv. m ərazi yoxlanılıb.

Cəmi: 1 ev və həyətyanı sahə, 2 əkin sahəsində 8 partlayış yeri, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi və 1 ədəd 122 mm-lik OF-56 top mərmisi) aşkar edilib, 21 500 kv. m ərazi yoxlanılıb.

Füzuli rayonu

Qazaxlar kəndi - 2 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilmiş, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 120 mm-lik minaatan mərmi və 1 ədəd 125 mm-lik tank mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 1 580 kv. m ərazi yoxlanılıb.

Cəmi: 2 əkin sahəsi, 3 partlayış yeri aşkar edilmiş, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 120 mm-lik minaatan mərmi, 1 ədəd 125 mm-lik tank mərmisi) aşkar edilərək götürülmüş, nəticə etibarı ilə 1 580 kv. m ərazi təmizlənib.

11 İyun tarixində 1 ev və həyətyanı sahə, 4 əkin sahəsi, 11 partlayış yeri, 4 ədəd partlamamış hərbi sursat (1 ədəd 122 mm-lik OF-56 top mərmisi, 1 ədəd 120 mm-lik minaatan mərmi, 1 ədəd 125 mm-lik tank mərmisi və 1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar olunaraq götürülüb və gün ərzində 23 080 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 11 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 593 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 22 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 521 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
Geri dön