Ana Sayfa > Karusel / Dünya / M2 > ABŞ Rusiya silahlarına göz dikdi

ABŞ Rusiya silahlarına göz dikdi


11-06-2016, 20:52. Yazar: Xeberaz

ABŞ Rusiya silahlarına göz dikdi
ABŞ-ın xüsusi əməliyyatlar komandanlığı (SOCOM) Rusiyada istehsal edilən silahların eynisini hazırlamaq üçün hazırlıqlara başlayıb.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti yazıb.

Məlumata görə, SOCOM sözçüsü Matt Allen ABŞ-ın silah zavodlarının "Kalaşnikov" (AK-47) avtomatı və "Draqunov" snayper silahının eynisini istehsal etmək üçün Rusiyaya müraciət etdiklərini bildirib:

“Belə olan halda ABŞ şirkətləri büdcəyə də xeyli qənaət etmiş olacaqlar. Həmçinin bunun Rusiya silahlarına maraq göstərən beynəlxalq partnyorlarımız üçün də müsbət nəticələr verəcəyini düşünürəm”.

Geri dön