Ana Sayfa > Karusel / Dünya / M2 > Poroşenkodan Ərdoğana: “Dost dar gündə tanınar”

Poroşenkodan Ərdoğana: “Dost dar gündə tanınar”


11-06-2016, 17:39. Yazar: Xeberaz

Poroşenkodan Ərdoğana: “Dost dar gündə tanınar”
Türkiyə Lvov şəhərindəki zibilliklərin söndürülməsində Ukraynaya yardım edəcək.

"Xəbəraz.az " xəbər verir ki, bu haqda məlumatı Ukrayna Prezidenti Pyotr Poroşenko öz rəsmi Tvitter hesabında yazıb:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lvov yaxınlığındakı yanğını söndürməyə kömək üçün xüsusi təyyarə göndərməyə hazır olduğunu bildirdi. Ona minnətdaram. Dost dar gündə tanınar”.

Xatırladaq ki, Lvovda baş verən yanğının söndürülməsi zamanı zibil uçqunu baş verib. Uçqunlar arasında üç işçinin cəsədi aşkar edilib. Yanğın hələ də davam edir.
Geri dön