Ana Sayfa > Karusel / Dünya / M2 > Putin II Yelizavetanı təbrik etdi

Putin II Yelizavetanı təbrik etdi


11-06-2016, 16:43. Yazar: Xeberaz
Putin II Yelizavetanı təbrik etdi

Rusiya Federasiyası Prezidenti Vladimir Putin İngiltərə kraliçası II Yelizavetanı 90 illik yubileyi münasibətilə təbrik edib.

"Xəbəraz.az "xəbər verir ki, bu haqda məlumatı Rusiya prezidentinin mətbuat xidməti yayıb:

“Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında əlaqələrin zəngin tarixini yada salıb, Rusiya və Britaniya xalqlarının rifahı naminə tərəflərin konstruktiv əməkdaşlığının gələcəkdə də inkişaf edəcəyinə əmin olduğunu bildirib”.

Xatırladaq ki, 90 yaşını qeyd edən II Yelizaveta taxt-taca 6 fevral 1952-ci ildə sahib olub, 2 iyun 1953-cü ildə isə rəsmi tacqoyma mərasimi keçirilib.

O, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 12-ci kraliçasıdır.
Geri dön