Ana Sayfa > Karusel / Dünya / M2 > ABŞ öz müttəfiqlərini bombaladı

ABŞ öz müttəfiqlərini bombaladı


11-06-2016, 16:41. Yazar: Xeberaz

ABŞ öz müttəfiqlərini bombaladı

ABŞ Hərbi Hava Qüvvələri Suriyada İŞİD-ə qarşı mübarizə aparan Mutasim tuqaylarını bombalayıb.

"Xəbəraz.az " xəbər verir ki, hadisə mayın sonlarında Suriyanın Əl Maara bölgəsinin yaxınlığında baş verib.

ABŞ ordusunun polkovniki Patrik Rayderin sözlərinə görə, ilkin məlumatda Mutasim tuqaylarının 4 döyüşçüsünün İŞİD-lə qarşıdurmalarda öldürüldüyü bildirilib, lakin sonra həqiqət bəlli olub, öldürülənlərin müttəfiqlər olduğu üzə çıxıb.

Hazırda hadisənin araşdırıldığını deyən Rayder pilotlara təlimlərin artırılacağını və onların təcrübələrinin gücləndiriləcəyini açıqlayıb.

Qeyd edək ki, Mutasim tuqayları Suriya müxalifətini təmsil edir və ABŞ ilk dəfə öz tərəfdaşlarını bombalayır.
Geri dön