Ana Sayfa > Karusel / Dünya / M2 / Xəbəraz TV > Rusiyaya 100 vaqon və 33 maşın yola saldıq – Video

Rusiyaya 100 vaqon və 33 maşın yola saldıq – Video


11-06-2016, 12:25. Yazar: Xeberaz
Rusiyaya 100 vaqon və 33 maşın yola saldıq – Video

Fermerlərin və sahibkarların problemlərini aradan qaldırmaq məqsədilə Azərbaycan Respublkası Dövlət Gömrük Komitəsi rəhbərliyinin Rusiya Federasiyasının Federal Gömrük Xidməti ilə apardığı müzakirələrdən sonar artıq problem həllini tapıb.

"Xəbəraz.az " xəbər verir ki, iyun ayının 8-də Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsulları, əsasən də pomidor yüklü 29 vaqon, 11 yük maşını, iyunun 9-da 31 vaqon, 12 yük maşını, iyunun 10-da isə 40 vaqon, 10 yükmaşını, ümumilikdə 100 vaqon və 33 yük maşını maneəsiz şəkildə Rusiya Federasiyasına yola salınıb.

Tərəflər arasında razılıq əldə edildikdən sonar Azərbaycan mənşəli kənd təsərrüfatı məhsullarının geri qaytarılması və ya sərhəddə yubadılması halları müşahidə olunmur.


Geri dön