Ana Sayfa > Karusel / İdman / M2 / Xəbəraz TV > Argentina qələbəsi: Messi şou göstərdi - Video

Argentina qələbəsi: Messi şou göstərdi - Video


11-06-2016, 11:30. Yazar: Xeberaz
Argentina qələbəsi: Messi şou göstərdi - Video
Amerika Kubokunun qrup mərhələsində Argentina və Panama yığmaları qarşı-qarşıya gəlib.

"Xəbəraz.az " xəbər verir ki, Messinin 3 qol vurduğu qarşılaşmada Argentina rəqibini 5-0 hesabı ilə məğlub edib. Argentina millisi oyunun əvvəlində - 7-ci dəqiqədə Otamendinin vurduğu qolla hesabı açıb. 31-ci dəqiqədə Panama azlıqda qalıb: Anibal Qodoy meydandan qovulub.

Matçın 61-ci dəqiqəsində meydana daxil olan Leo Messi oyunun taleyini həll edib. O, 68, 78 və 87-ci dəqiqələrdə fərqlənməklə het-trik edib. Serxio Aquero isə son dəqiqələrdə yekun qolu vurub.

Bu qalibiyyətlə xallarının sayını 6-ya çatdıran Argentina növbəti mərhələyə yüksəlib.
[media=Xəbəraz.az "]
Geri dön