Ana Sayfa > Karusel / Gündəm / M2 > Körpələrə türk seriallarından adlar verilir - Həyəcan

Körpələrə türk seriallarından adlar verilir - Həyəcan


10-06-2016, 23:32. Yazar: Xeberaz

Körpələrə türk seriallarından adlar verilir - Həyəcan
Azərbaycanda son illərdə yeni doğulan körpələrə türk seriallarının qəhrəmanlarının adlarının verilməsi halları artıb.

Report xəbər verir ki, son beş ildə 101 uşağa Hülya, 32-nə Zilan, 18-nə Ada, 1091-nə Damla, 632 körpəyə Dərya, 34-nə Dəryanur, 1-nə Pətək, 9-na Necla, 1-nə Necla Nəsrin adı verilib.

Qeyd edək ki, serial qəhrəmanlarının adları, ümumiyyətlə, əvəllər yalnız qonşu Türkiyə vətəndaşlarında rast gəlinən adlar Azərbaycanda daha çox qızlara verilir.

Son beş ildə doğulan körpələrə Adanur (1), Aday (2), Damladərin (1), Betül (37), Betülnur (1), Betül Berna (1), Songül (61), Arda (122), Ardan (2), Arda Fürkan (1), Eylül (8), Eylül-Sara (1), Beyza (6), Beyzanur (1), Feyza (6), Feyzanur (1), Ceren (3), Cerancan (1), Sedat (7), Seda (4), Seday (1), Sedan (1), Serkan (3), Esra (129), Esranur (2), Esramin (1), Esra Mina (1), Burcu (3), Hülyamələk (1) Hülya Miray (1), Özləm (2), Ərtoğrul (75), Serenay (3), Bulud (31), Buludxan (10), Buludxanım (1, Hazar (12) və s. bu tipli adlar verilib.
Geri dön