Ana Sayfa > Karusel / Dünya / M2 > Cəbəllütariq: “Britaniyanın tərkibində qalacağıq”

Cəbəllütariq: “Britaniyanın tərkibində qalacağıq”


10-06-2016, 23:27. Yazar: Xeberaz
Cəbəllütariq: “Britaniyanın tərkibində qalacağıq”

Əgər Böyük Britaniya Avropa Birliyindən çıxsa, Cəbəllütariq İspaniya ilə birləşməyəcək.
"Xəbəraz.az " xəbər verir ki, bunu “Sputnik” agentliyinə müsahibəsində Cəbəllütariqin Baş naziri Fabian Pikardo söyləyib. Onun sözlərinə görə, Cəbəllütariq daima Britaniyanın tərkibində qalacaq.

Qeyd edək ki, Britaniyanın Avropa Birliyindən çıxmasına dair referendum iyunun 23-də keçiriləcək.

Cəbəllütariq 1713-cü ildən Böyük Britaniyanın tərkibinə daxildir. İndiyə qədər iki dəfə referendum keçirilsə də, bu ərazi İspaniyaya birləşdirilməyib.
Geri dön