Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Mənzil Mülkiyyətçiləri Cəmiyyəti yaradıldı

Mənzil Mülkiyyətçiləri Cəmiyyəti yaradıldı


10-06-2016, 21:33. Yazar: Xeberaz
Mənzil Mülkiyyətçiləri Cəmiyyəti yaradıldı

Paytaxtdan kənarda ilk Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) yaradılıb.

Bu barədə Axar.az-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xəbərə görə, Abşeron rayonunun Masazır qəsəbəsində “Abşeron-1” MMMC təsis edilib və mayın 10-da dövlət qeydiyyatından keçib. Bununla da, ölkə üzrə MMMC-lərin sayı 23-ə çatıb.

Nazirlikdən bildirilib ki, ölkənin şəhər və rayonlarında çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi ilə bağlı tədbirlər davam etdirilir.

Qeyd edək ki, Bakı şəhəri üzrə yaradılan MMMC-lərin 22-si Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.
Geri dön