Ana Sayfa > Karusel / İdman / M2 > SOCAR-ın sponsorluq etdiyi Avro-2016 tarixə düşəcək

SOCAR-ın sponsorluq etdiyi Avro-2016 tarixə düşəcək


10-06-2016, 20:17. Yazar: Xeberaz
SOCAR-ın sponsorluq etdiyi Avro-2016 tarixə düşəcək
Fransada keçirilən futbol üzrə Avropa çempionatı (Avro-2016) UEFA tərəfindən keçirilən indiyədək təşkil olunan ən gəlirli turnir kimi tarixə düşəcək.

APA xəbər verir ki, çempionat təşkilatçılarının gəliri təxminən 2 mlrd. avro təşkil edəcək ki, bu da 2012-ci ildə keçirilən Avropa çempionatının analoji göstəricisindən 600 min avro çoxdur.

Bildirilir ki, təşkilatçılar teletranslyasiya hüquqlarının satışından 1 mlrd. avro (2012-ci illə müqayisədə 25% çox), sponsorlardan isə 450 mln. avro (40% çox) gəlir əldə edəcəklər. Gəlirin qalan hissəsi 2,5 mln. ədəd biletin satışından əldə olunacaq.

Qeyd edək ki, çempionatın sponsorlarından biri də SOCAR-dır. Lakin SOCAR-ın turnirin təşkilatçılarına sponsorluq üçün hansı məbləği ödədiyi açıqlanmır.
Geri dön